2025-də “demo” kimi izlədiyimiz AI agentlər 2026-nın ilk rübündə istehsal sistemlərinin sadə bir hissəsinə döndü. Anthropic-in Model Context Protocol (MCP) standartı bir il ərzində 200-dən çox inteqrasiyaya çatdı; OpenAI və Google da öz function-calling şemalarını sabit API-lərə köçürdü. Nəticə: agentdən API kimi etibarlı şəkildə istifadə etmək artıq mümkündür. Bəs korporativ proseslərdə haradan başlamalı?
1) Müştəri dəstəyi triajı
Gələn ticket-i oxuyub prioritet təyin edən, düzgün komandaya yönləndirən və müştəriyə ilkin cavab qaralaması hazırlayan agent ilk cavab müddətini orta hesabla 40% qısaldır. Kritik məqam: agentin “çətin” saydığı halları avtomatik olaraq operatorə ötürməsi. Tam avtonom yox, asistent rejimində qurmaq ROI-ni artırır.
2) Maliyyə uzlaşması və faktura uyğunlaşdırma
Üç müstəqil sistemdən (ERP, bank çıxarışı, satıcı portalı) gələn qeydləri uyğunlaşdıran klassik qaydalar hər dövrdə yeni istisna ilə şişir. LLM əsaslı agent qaydaların tutmadığı 3–5%-lik boz sahəni semantik olaraq həll edir; mühasibatlıq yalnız aşağı confidence-li sətirləri yoxlayır.
3) Marketinq məzmun istehsalı
Brif → qaralama → brend tonu yoxlanışı → hüquqi nəzarət → nəşr axınında hər addımı fərqli ixtisaslaşmış agent aparır. Tək promp yerinə bir neçə dar fokuslu agent həm xətanı azaldır, həm audit log-u təmiz saxlayır. Təsdiq həmişə insanda qalır.
4) Developer asistenti
Pull request açıldıqda işə düşən agent kod review qeydləri, çatışmayan testlər, sənədləşmə yenilənməsi və nümunə istifadə çıxışları yaradır. Vanilla Copilot-dan fərqi, repository konteksti və issue tarixçəsinə tam çıxışı olmasıdır. Komandalarımızda merge müddəti orta hesabla 25% azaldı.
5) BI sorğu yardımcısı
Biznes istifadəçisinin təbii dilli sualını (“ötən rübdə gəlirliliyi ən yüksək 10 filial”) təsdiqlənmiş SQL-ə çevirən agent, self-service BI-nın realistik versiyasıdır. Vacib olan agentin katalog məlumatlılığıdır: hansı cədvəllər sertifikatlı, hansı sahələr PII, hansı metriklər biznes tərifinə görə hesablanıb — bunlar olmadan səhv cavab qaçınılmazdır.
Memarlıq qərarları
İstehsala çıxararkən üç şey kritikdir: orkestrasiya (tək agent vs ardıcıl işləyən bir neçə agent), kontekst idarəetməsi (qısa müddətli yaddaş və uzun müddətli vector store balansı), xərc nəzarəti (hər sorğunu düzgün modelə yönləndirmək; sadə işdə Haiku, mürəkkəb planlamada Opus). PII redaction, audit log və rollback yolu olmadan heç bir agent prod-a çıxmamalıdır.
